ABŞ Hərbi Dəniz Qüvvələrinin Çin və Rusiya ilə qarşıdurmada əsas kozırı...

"Ford" sinifli təyyarədaşıyan gəmi Amerikanın dəniz üstünlüyünün simvoludur...

...“Ford” sinifli yeni nəsil təyyarədaşıyıcıları ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında ən güclü güc proyeksiya platformasına çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 19FortyFive yazır.

Bunlar indiyə qədər tikilmiş ən böyük döyüş gəmiləridir: yerdəyişmə - 100.000 ton, uzunluğu - 333 metr, eni - 78 metr. Hər biri 75-dən çox təyyarə daşımağa və 30 düyündən (təxminən 56 km/saat) çox sürətə çatmağa qadirdir.

Seriyanın ilk gəmisi USS Gerald R. Ford (CVN-78) 2017-ci ildə istismara verilib. İkincisi olan USS John F. Kennedy (CVN-79) artıq suya buraxılıb və 2025-ci ildə istismara verilməsi planlaşdırılır. Sonrakılar, USS Enterprise (CVN-80) və USS Doris Miller (CVN-81) müvafiq olaraq 2029 və 2032-ci illərdə gözlənilir.

Gəmilər ən son texnologiyalarla təchiz olunub: əvvəlkilərdən demək olar ki, üç dəfə güclü olan qabaqcıl nüvə stansiyası, elektromaqnit katapultu EMALS, təyyarələrin enməsi üçün təkmil əyləc sistemi və müasir hava hücumundan müdafiə sistemləri…

Bu texnologiyalar dünyanın istənilən nöqtəsində missiyaların həllində təyyarədaşıyanların döyüş qabiliyyətini və çevikliyini əhəmiyyətli dərəcədə artırır.

Çinin artan dəniz gücünə və Rusiyanın hərəkətlərinə baxmayaraq, “Ford” sinifli təyyarədaşıyanlar ABŞ-ın əsas qlobal cavab vasitəsi olaraq qalır.

Onların imkanları onlara Çinin mövcudluğunu artırdığı Hind-Sakit okean regionunda təzyiq göstərməyə və Tayvan və Filippin də daxil olmaqla müttəfiqlərini müdafiə etməyə imkan verir.

…Dəyişən geosiyasətdə “Ford” təyyarədaşıyanları ABŞ-ın dəniz üstünlüyünün və beynəlxalq sabitliyi qorumaq əzminin simvoludur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə