Yekaterinburqda poliqonda atışma baş verib və video lentə alınıb.
SİA-nın məlumatına görə, E1.RU görüntüləri paylaşıb. Görüntülərdə qara gödəkçəli iki naməlum şəxsin qırmızı köynək geyinmiş adamı izlədiyi görünür.
Sonra onlardan biri ona atəş açır.
Qurban onlara torpaq atır və sonra qaçmağa çalışır.
Nəşrin məlumatına görə, atışma zamanı qurban ayaqlarından güllə yarası alıb.
Münaqişə zibillərin daşınması üstündə yaranıb.
Bundan əvvəl Kareliyada hərbçi ilə polis arasında atışmanın videosu yayılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə