…Köhnə dünya nizamı getdi, biz yeni qaydaları qəbul etməliyik.
SİA-nın məlumatına görə, Böyük Britaniyanın baş naziri Key Starmer bu barədə “Sunday Telegraph” qəzetinə yazdığı məqalədə bildirib.
Starmer, ABŞ Prezidenti Donald Trampın 200-dən çox ölkədən gələn mallara rüsum tətbiq etməsini şərh edərkən, bildiyimiz kimi dünya getdi. Biz bundan sonra olacaqlara hazırıq, - deyib.
O əlavə edib ki, yeni dünya "müəyyən edilmiş qaydalar" üzərində deyil, "sövdələşmələr və ittifaqlar" üzərində qurulub. O, həmçinin ticarət müharibəsindən heç kimin fayda görməyəcəyini, Böyük Britaniya və dünyanın ciddi iqtisadi nəticələrlə üzləşəcəyini bildirib.
Bununla belə, o, Böyük Britaniyanın artıq ABŞ-ın müttəfiqləri ilə balanslaşdırılmış ticarət əlaqələrinə malik olduğunu və yeni iqtisadi rifah sazişi üzərində işin davam etdiyini əlavə edib.
Starmer, gələn həftə hökumətin "Britaniya bizneslərini fırtınadan qorumaq" üçün tədbirlər elan edəcəyini də söyləyib.
…Biz rəqabət qabiliyyətimizi artıracaq planları sürətləndirəcəyik ki, belə qlobal sarsıntılara daha az həssas olaq,- o, yekunlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə