ABŞ-da Respublikaçılar Partiyasının ofisi yandırıldı

Nyu-Meksikoda Respublikaçılar Partiyasının ofisi yandırılıb. SİA xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb. Respublikaçılar Partiyasının "qəsdən yandırma aktı" adlandırdığı hadisə Albukerke şəhərində baş verib. Partiya ofisinin girişi dağıdılıb, binanın divarına ABŞ immiqrasiya xidmətinin fəaliyyətini pisləyən yazı yazılıb . Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, Federal Tədqiqatlar Bürosu (FTB) istintaqa qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə