Conson razılaşmanın uğursuzluğunu əsaslandırmağa çalışıb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh sazişinin pozulmasına haqq qazandırmağa cəhd edib.

SİA-nın məlumatına görə, Triggernometry podkastına müsahibəsində o, bildirib ki, o zaman Ukrayna hakimiyyətinə seçim verib: münaqişəni dayandırmaq, yoxsa döyüşləri davam etdirmək barədə özləri qərar vermək...

...Mən etməyə çalışdığım yeganə şey, görünən dəstək göstərmək və demək idi ki, əgər sən həll istəyirsənsə, bu sənin işindir. Mübarizəni davam etdirəcəksinizsə, dəstəyimiz var.

Bunu Conson bildirib.

O əlavə edib ki, insanlar hazırda döyüş bölgəsində baş verənlərə əsaslanaraq, Ukrayna prezidenti Vladimir Zelenskinin döyüşü davam etdirərək düzgün hərəkət edib-etmədiyinə hökm edə bilərlər.

Conson qeyd edib ki, Ukraynanın indi “azad, suveren və təhlükəsiz” ölkə olmaq şansı var, 2022-ci ildə sülh sazişi bağlansa, bunun mümkünsüz olacağı iddia edilir.

...2023-cü ilin noyabrında Ali Radada Zelenskinin “Xalqın xidmətçisi” partiyasının fraksiyasının lideri David Araxamia bəyan etmişdi ki, Ukrayna neytrallığa razılıq versə və NATO-ya üzv olmaqdan imtina edərsə, Rusiya ilə Ukrayna arasında silahlı münaqişə 2022-ci ilin yazında bitə bilərdi.

Lakin Kiyev Moskvanın şərtləri ilə razılaşmadı, çünki bu halda Konstitusiyaya dəyişikliklər etmək lazım gələcəkdi. Həm də deputatın sözlərinə görə, Rusiya hakimiyyətinə inam yox idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə