Paltarına 16 min şüşə tikilib

"Oskar” mükafatına namizəd “Emilia Perez” filminin ulduzu Selena Qomez mükafatlandırma mərasimində geyindiyi libasla yadda qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onun paltarında 16 min şüşədən istifadə edilib.

Aktrisanın gecə üçün seçdiyi paltarda su damcısı şəklində 16 min şüşə parçası yer alıb.

“Rosemont” kristalları və şüşə parçaları paltarın üzərinə əllə tikilib. Paltar 12 italyan dizayner tərəfindən hazırlanan hazırlanıb.

Ulduzun stilisti Erin Uolş İtaliyanın ən məşhur aktrisalarından biri olan Sophia Lorendən ilham aldıqlarını və hətta Lorenin keçmiş dərzisi ilə məsləhətləşdiklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə