Rusiya prezidenti Vladimir Putin Ər-Riyaddakı danışıqların nəticəsini yüksək qiymətləndirdiyini bildirib.
SİA-nın məlumatına görə, bu barədə TASS yazır.
Rusiya lideri qeyd edib ki, Moskva Vaşinqtonla müxtəlif sahələrdə, o cümlədən Yaxın Şərqdə işi bərpa etmək üçün ilk addımı atıb.
Onun sözlərinə görə, Rusiya və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmır və indi diplomatik nümayəndəliklərin işi bərpa olunacaq.
Prezident vurğulayıb ki, Rusiya ilə ABŞ arasında dialoqda vasitəçilərə ehtiyac yoxdur. O, əlavə edib ki, Amerika tərəfində qərəzsiz və mühakimə olmadan danışıqlarda “tamamilə fərqli insanlar” olub.
Putin qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır. O, aydınlaşdırıb ki, Rusiya ilə ABŞ arasında etimad səviyyəsini artırmadan Ukrayna böhranını həll etmək mümkün deyil.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə