Putin Trampla görüşməkdən şad olacağını bildirib

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşməkdən şad olacağını, lakin görüşə hazırlıqlı olmaq lazım olduğunu bildirib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, sadəcə olaraq belə bir görüşün keçirilməsi kifayət deyil, həm də ən mühüm məsələlərin, o cümlədən Ukrayna münaqişəsinin həllinə nail olmaq lazımdır. Xəbərlər əlavə olunur...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə