BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima bildirib ki, ABŞ-ın xarici yardımları dayandırması dağıdıcı QİÇS böhranına səbəb ola bilər.
SİA-nın məlumatına görə, ABŞ prezidenti Donald Trampın QİÇS-lə Mübarizə Fövqəladə Planı da daxil olmaqla xarici yardımları 90 gün müddətinə dondurmasından sonra milyonlarla insan müalicə şansını itirmək riski ilə üzləşib. BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramı beş il ərzində 6,3 milyon insanın öləcəyini proqnozlaşdırır.
Bu səbəbdən Afrikadakı klinikaların bağlandığı bildirilir. Liderlər həll yolları axtarsa da, borclar hərəkətə keçməlәrinә mane olur.
Bütün xəbərlər Facebook səhifəmizdə