Moskva və Vaşinqton iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyətinin nümayəndələri ilə görüşməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Ər-Riyaddakı mənbə məlumat verib.

Görüşün məqsədi Moskva ilə Vaşinqton arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etməkdir.

Bundan əvvəl Prezident Donald Tramp ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında mümkün görüşü barədə məlumat vermişdi. O, digər məsələlərlə yanaşı, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair müzakirələr aparılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə