…Krasnoyarskda məhkəmə yoldan keçənlərə hücum edən 4 gəncdən ibarət dəstəni həbs edib.
SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) regional idarəsi məlumat verib.
Rayon paytaxtının 16, 17 və 19 yaşlı sakinləri xuliqanlıq və quldurluqda ittiham olunurlar. İstintaqın məlumatına görə, fevralın 12-də axşam saatlarında şübhəlilər sərxoş halda Mojayski küçəsində yoldan keçənləri ələ salıb, qadın və uşaqları itələyiblər.
Tanımadığı 16 yaşlı yeniyetmə ilə tanış olan xuliqanlar onu döyüblər. Zərərçəkmiş hücumçulardan qaça bilsə də, onlar təqib ediblər.
Dəstə onu təqib edərkən 14 və 15 yaşlı gənc oğlan və qızla rastlaşıblar. Şübhəlilər oğlanı döyüb, oyuncaq tapança ilə hədələyib və saatını almağa cəhd ediblər.
Qızın imdad çığırtılarına atası gəlib.
Polis onları saxlayıb.
Yanvarın 31-də Sterlitamakda 3 yeniyetmənin xuliqanlıq etdiyinə görə saxlanıldığı bildirilirdi. 2024-cü ilin dekabrında onlar ticarət mərkəzinin yaxınlığında 17 yaşlı yeniyetməni döyüblər, yanvarın 19-da isə Lenin prospektində üç azyaşlıya hücum ediblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə