Moskvanın Lefortovo Məhkəməsi 63 yaşlı Konstantin Seleznevi Rusiya Silahlı Qüvvələri haqqında saxtakarlığa görə ümumi rejimli cəzaçəkmə müəssisəsində 8 il müddətinə azadlıqdan məhrum edib.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Cinayət işinin başlanmasına səbəb təqaüdçünün sosial şəbəkədə yaydığı iki paylaşım olub.
Onlarda Seleznev Buçada baş verənləri şərh edib və rus hərbçilərinin hərəkətlərindən mənfi danışıb.
Hökm bağlı qapılar arxasında elan edilib.
Bundan əvvəl Amur vilayətinin sakininin Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə şərti cəza aldığı bildirilirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə