Belarusda seçici fəallığı 80 faizi ötüb

Belarusda keçirilən prezident seçkilərində seçicilərin 81,5 faizi iştirak edib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya məlumat verib.

Saat 18:00-a olan məlumat Mərkəzi Seçki Komissiyasının keçirdiyi brifinqdə açıqlanıb.

...Ümumilikdə, seçkilərdə iştirak etmək hüququ olan vətəndaşların siyahılarına daxil edilmiş seçicilərimizin 81,5 faizi ölkə üzrə səsvermədə iştirak edib.

Bunu Baldovskaya bildirib.

Onun sözlərinə görə, xaricdə yaşayan 107 nəfər səs verib. Respublika Prezidenti vəzifəsinə beş namizəd mübarizə aparır:

- hazırkı dövlət başçısı Aleksandr Lukaşenko;

-Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç;

-Respublika Əmək və Ədalət Partiyasının lideri Aleksandr Xijnyak;

-Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov;

-əvvəlki seçkilərdə keçmiş namizəd, sahibkar, partiyasız Anna Kanopatskaya.

Bülletenlərdə “Hamıya qarşı” qrafası da var. Lukaşenko bir qədər əvvəl Avropa Parlamentinin seçkiləri tanıyıb-tanımamasına “heç bir şey vermədiyini”, ən əsası isə “belarusların bu seçkiləri tanıdığını” bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə