Adada 77 dovşan ölü tapıldı

Yaponiyada 77 dovşanın şübhəli şəkildə ölü tapıldığı Okuno adasında dovşan təpikləyərkən tutulan şəxs heyvanlara qarşı zorakılıq ittihamı ilə saxlanılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, fiziki zorakılığa məruz qalaraq öldürülən digər dovşanların da eyni şübhəlinin qurbanı olduğu düşünülür.

Yaponiyanın Xirosima prefekturasında "Dovşan adası" kimi tanınan Okuno adası insanı heyrətləndirən hadisəyə şahidlik edib. Adada dovşana təpik vuraraq onun ölümünə səbəb olan şəxs ətrafdakıların hadisəni fərq etməsindən sonra heyvanlara qarşı zorakılıqda şübhəli bilinərək saxlanılıb. Bildirilib ki, şübhəli şəxs, özəl şirkətdə çalışan 25 yaşlı Riku Hotta cinayət başında yaxalandığı hadisə ilə bağlı ittihamları qəbul edib.

Polis, 500 vəhşi dovşanın yaşadığı adada 26 Noyabr-12 Yanvar tarixləri arasında 77 şübhəli dovşan ölümünün olduğunu açıqlayıb və fiziki zorakılığa məruz qalaraq öldürülən digər dovşanların da Hotta qurbanı ola biləcəyini bildirib.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə