"Netflix” qiymətləri artırır

“Netflix” təxminən 19 milyon yeni abunəçi qazandıqdan sonra bir sıra ölkələrdə qiymət artımı edəcəyini açıqlayıb. SİA bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, şirkət ABŞ, Kanada, Argentina və Portuqaliyada abunə qiymətlərini artıracağını bildirib. Sadalanan ölkələrin hamısında son qiymətlər açıqlanmasa da, ABŞ-da demək olar ki, bütün abunə planlarında qiymətlər artacaq. Reklamsız standart abunə haqqı artıq ayda 15,49 dollardan 17,99 dollara yüksələcək. Reklamlı planın qiyməti də 1 dollar artaraq 7,99 dollar olacaq. Bundan əlavə “Netflix”in proqnozlaşdırılandan çox abunəçi sayını keçməsi Cənubi Koreyanın məşhur “Squid Game” serialının ikinci mövsümü və boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson ilə Ceyk Pol arasında keçirilən qarşılaşmanın yayımının təsiri ilə izah olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə