Libasını dəyişmiş quldur...

...Adam yanğınsöndürən kimi geyinir və evləri qarət etməyə başlayır

...Los-Ancelesdə yanğınsöndürən paltarı geyinmiş şəxs quldurluq etdiyi üçün həbs edilib.

SİA-nın məlumatına görə, bu barədə ABC 7 yazır.

Şerif Departamentinin əməkdaşları Malibuda evdən oğurluq edən şəxsi həbs ediblər.

Cinayətkar yanğınsöndürən paltarı geyinərək ev sahiblərinin artıq tərk etdiyi təxliyyə zonasında yerləşən evə daxil olub. Soyğunçu Los-Anceles polisinə təhvil verilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Los-Ancelesdə və ətrafında bütün məhəllələri məhv edən yanğınlardan sonra yanğından zərər çəkmiş ərazilərin yaxınlığında 29 nəfər həbs edilib.

Onlar komendant saatını pozublar, saxlanılanların bəziləri talançılıqla məşğul olub.

Los Anceles Polis Departamentinin rəisi Cim McDonnell quldurun həbsi ilə bağlı danışıb.

Onun dediyinə görə, bu faciənin qurbanlarını istismar etmək üçün hər şeyi edəcək insanlar var.

McDonnell həmçinin ictimaiyyəti məcburi evakuasiya əmrlərinin qüvvədə olduğu ərazilərdən qaçmağa çağırıb. O, əlavə edib ki, komendant saatı “yanan ərazilərdə təhlükəsizliyi təmin etmək və talanlara nəzarət etmək” üçün zəruri tədbirdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə