Tibetdə zəlzələ baş verib

...Çinin Zəlzələ İdarəsi Tibet Muxtar Bölgəsində zəlzələnin baş verdiyini bildirib.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. Zəlzələnin maqnitudasının 5,0 olduğu qeyd edilir.

Yeraltı təkanlar Şiqatse prefekturasının Tinqri dairəsində qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Departamentin əlavə etdiyi kimi, bu təkan ilk deyil - daha əvvəl eyni ərazidə daha bir zəlzələ baş vermişdi.

Həmin vaxt onun maqnitudası 4,9 olub.

Bundan əvvəl Yaponiyada 6,9 bal gücündə zəlzələ baş vermişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə