Çinin Tibet Muxtar Bölgəsində dünən baş verən 6,8 bal gücündə zəlzələdən sonra maqnitudası 4,4-ə çatan 500-dən çox afterşokun yaşandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin mətbuatında yer alan məlumatlara görə, Çin Zəlzələ Şəbəkələri Mərkəzi episentri Tibet Muxtariyyətinin Şiqatse əyalətinin Tinqri rayonu olan zəlzələ bölgəsində 4,4 bal gücündə 500-dən çox yeraltı təkanın yaşandığını açıqlayıb.
Səlahiyyətlilər, 126 nəfərin öldüyü, 188 nəfərin yaralandığı zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin 14 mindən çox personalla davam etdiyini, 407 nəfərin dağıntılar altından xilas edildiyini açıqlayıb. İtkin düşənlərin sayı ilə bağlı məlumat verilməyib. Zəlzələnin episentri və ətraf ərazilərin hündürlüyü 4200 metrdən çoxdur. Gecələr temperaturun sıfırdan aşağı düşdüyü rayonlarda evi yararsız hala düşən vətəndaşlara çadır, yorğan, qatlanan çarpayılar və müxtəlif yardım materialları göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə