Gürcüstan Qərblə münasibətlərində dəyişiklik üçün ilkin şərtlərini açıqlayıb. Çərşənbə günü hakim “Gürcü Arzusu”nun siyasi şurası bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın və komandasının bu ölkənin rəsmi strukturlarının “dərin dövlət”dən təmizlənməsi zərurəti ilə bağlı bəyanatlarını “həvəsləndirici” adlandırıb.
Gürcüstanın hakim partiyası Amerikanın özünün və bir çox başqa ölkələrin problemlərinə görə hakimiyyətdən gedən ABŞ administrasiyasını və onun daxilindəki “dərin dövləti” günahlandırıb. “Dərin dövlət” Avropa İttifaqına ağır iqtisadi problemlər gətirdi, bir çox dövlətləri müharibəyə sürüklədi, lakin ən dağıdıcı təsirini dost Ukraynaya gətirdi”, “Gürcü arzusu” bildirib.
Gürcüstanın hakim partiyası hesab edir ki, Donald Trampın “dərin dövlət”lə mübarizədəki uğuru Vaşinqton və Tbilisi arasında ikitərəfli maraqlara cavab verən münasibətlərin yaxşılaşmasına gətirib çıxaracaq. Macarıstanın baş naziri Viktor Orbanla razılaşan “Gürcü Arzusu”na görə, “Avropada “dərin dövlət”in metastazlarını məhv etmək daha çox vaxt aparacaq”. Söhbət konkret şəxsdən – Sorosdan yox, “dərin dövlət”in oliqarx şəbəkəsindən gedir. Onun Avropadakı təsirinin metastazını məhv etmək Tbilisi ilə Brüssel arasında münasibətlərin bərpası üçün şərtdir.
Eyni zamanda “Gürcü arzusu” “Aİ bürokratiyasını” “anti-Gürcüstan siyasətində” ittiham edib. Gürcüstanın hakim partiyası 2030-cu ilə qədər Avropada “dərin dövlət”in məhvinə ümid etdiyini bildirib ki, bu da Gürcüstanın Avropa İttifaqına üzvlüyünə şərait yaradacaq. Eyni zamanda, Gürcüstana Aİ-nin üzləşdiyi problemlərin aradan qaldırılmasında “aktiv iştirak” sözü verilib.
V.VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə