Rusiya ilə NATO arasında münasibətlər hazırda uzun müddətdir pozulur və onların arasında ziddiyyətlərin yaxın gələcəkdə həll olunacağı ehtimalı azdır.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə politoloq, Siyasi Konyuktura Mərkəzinin elmi şurasının rəhbəri Aleksey Çesnakov danışıb.
...Ukraynadakı böhranın necə başa çatmasından asılı olmayaraq, Rusiya ilə NATO arasında münasibətlərin bir neçə onilliklər ərzində korlanmasından çıxış etmək lazımdır, - deyən Çesnakov, əlavə edib ki, qarşılıqlı ritorikanın aqressivliyi vaxtaşırı azalır.
Politoloqun fikrincə, etiraf etməliyik ki, Rusiya və NATO bir-birinin düşmənidir. Eyni zamanda, Avropa və ABŞ-ın siyasətçiləri bunu daim deyirlər. Rusiya da öz növbəsində indi daha sülhsevər hərəkət edir, lakin buna baxmayaraq, ölkə rəhbərliyi NATO-nun hərəkətlərinin düşmənçiliyini qəbul edir və münasibətlərin yaxşılaşdırılması ilə bağlı heç bir illüziyası yoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə