...Rusiyanı rəsmən tərk edən BMW konserni bu ölkədə avtomobillərini yenidən patentləşdirib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Baza öz Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, şirkət yayda Rusiyada konsept avtomobillərdən birinə patent ərizəsi verib.
O, dekabrın 3-də Əqli Mülkiyyət üzrə Federal Xidmətin məlumat bazasında qeydə alınıb.
Ehtimal ki, söhbət may ayında Villa d'Este Concours d'Elegance-də təqdim olunan avtomobildən gedir.
Onun M8 Competition modifikasiyası əsasında V8 mühərriki ilə təchiz olunduğu məlumdur.
Noyabrda Schneider Group konsaltinq şirkətinin rəhbəri Ulf Şnayder bildirmişdi ki, sanksiyalar və azad edilmiş Çin bazarına genişlənmə səbəbindən avtomobil markalarının itirilməsi səbəbindən Mercedes və BMW Rusiya avtomobil bazarına hələ 2025-ci ildə qayıda bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə