Peskov Trampdan “səs çıxmadığını” deyir...

Rusiya lideri Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında söhbət hələ hazırlanmır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O, bununla bağlı Amerika tərəfdən hələlik heç bir təşəbbüsün olmadığını deyib.

...Hələlik Trampdan heç bir təşəbbüs olmayıb. Ən azı inauqurasiyaya qədər gözləyirik, sonra baxarıq.

Peskov deyib bunu.

Yeri gəlmişkən, Tramp dəfələrlə bəyan edib ki, qalib gəlsə, dünyada bütün silahlı qarşıdurmalara son qoyacaq, o cümlədən Yaxın Şərqdəki vəziyyəti və Ukrayna münaqişəsini həll edəcəyinə söz verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə