Moldovada enerji sektorunda fövqəladə vəziyyət elan edilib

Moldovanın Baş naziri Dorin Reçan enerji sektorunda fövqəladə vəziyyət elan edib. Eyni zamanda, energetika naziri Viktor Parlikov da vəzifəsindən azad edilib. SİA bu barədə Moldovanın “NewsMaker” saytına istinadla xəbər verir.

Energetika naziri Viktor Parlikovun istefası kritik vəziyyətə səbəb olan idarəetmə səhvləri ilə bağlıdır.

Moldovanın Baş naziri, həmçinin enerji təchizatının qismən və ya tam dayandırılması ehtimalı barədə xəbərdarlıq edib.

O izah edib ki, enerji sektorunda fövqəladə vəziyyət hökumətə enerji ixracına mümkün məhdudiyyətlər daxil olmaqla, qərarları operativ şəkildə qəbul etməyə imkan verəcək.

Reçan bildirib ki, Energetika Nazirliyinə yeni rəhbər təyin olunana qədər müvəqqəti olaraq energetika naziri vəzifəsini icra edəcək.

Moldova Prezidenti Maya Sandu artıq energetika nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı müvafiq fərman imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə