SEPAH-ın hərbi korpusunun komandiri öldürüldü

Suriyadakı iranlı hərbi müşavirlər korpusunun rəhbəri general-mayor Kiyumarsa Purhaşemi öldürülüb. SİA SEPAH-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami təsdiqləyib. Onun sözlərinə görə, Purhaşemi Ərəb Respublikasının şimalında törədilən terror aktı nəticəsində ölüb.

O, yaraqlıların fəallaşmasına görə məsuliyyəti İsrailin üzərinə qoyub: "Sionist təkfirçi terrorçuların cinayətlərindən biri də İranın Suriyadakı baş hərbi müşaviri, Hac Haşim ləqəbi ilə tanınan general-mayor Kiyumarsa Purhaşemiyə sui-qəsddir".

Bütün xəbərlər Facebook səhifəmizdə