İspaniyanın cənub-şərqində fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Alikante əyalətinin İbi şəhərində plastik fabrikdə partlayış baş verib. Partlayışın gücündən dam və divarların bir hissəsi uçub. Hadisə zamanı fabrikdə 39 nəfər olub, onlardan 3-ü ölüb, 3-ü isə ağır yaralanıb.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Hadisənin qazan partlaması ola biləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə