Rəcəb Tayyib Ərdoğan Nikolas Maduro ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

R.T.Ərdoğan BRİKS sammiti çərçivəsində ikitərəfli görüşlər keçirir.

Kazan EXPO-da baş tutan görüş mətbuata qapalı keçirilib.

Görüşdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və ticarət naziri Ömər Bolat da iştirak ediblər.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Venesuela arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident R.T.Ərdoğan görüşdə Türkiyə-Venesuela əlaqələrinin son illərdə bir çox sahədə inkişaf etdiyini və əməkdaşlığın daha da gücləndirilməsi üçün addımlar atmağa davam edəcəklərini bildirib.

R.T.Ərdoğan İsrailin genişlənən təcavüzünün yalnız Yaxın Şərqin deyil, bütün dünyanın sülh və təhlükəsizliyini təhdid etdiyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin İsraili dayandırmaq üçün təcili və təsirli addımlar atmalı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə