Braziliya Ali Məhkəməsi "X" sosial media platformasına girişin bloklanacağını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin internet saytında verilən açıqlamada ABŞ-lı milyarder İlon Maska məxsus "X" platformasının məhkəmənin bəzi hesabların bağlanması, cərimənin ödənilməsi və ölkəyə qanuni nümayəndə təyin edilməsi kimi tələblərini yerinə yetirdiyi bildirilib.

Braziliyalı istifadəçilər avqustun 31-də ölkədə bloklanan "X" platformasından yenidən istifadə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə