Ukrayna silah-sursat anbarını vurdu: 3 bal gücündə zəlzələ baş verdi

Rusiyanın Ukraynaya qarşı endirdiyi hava zərbələrinə iki il yarım ərzində ciddi cavab verə bilməyən Kiyev rəhbərliyinin iki gün əvvəl Rusiya ordusuna ən böyük zərbələrdən birini vurduğu indicə məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 18-nə keçən gecə Rusiyanın qərb istiqamətində 30 min ton tutumlu ən böyük silah-sursat anbarı partladılıb. Atom bombasının partlamasına bənzəyən partlayışlar bölgədə 3 bal gücündə zəlzələyə səbəb olub.

Rusiya administrasiyasının ört-basdır etməyə çalışdığı sursat anbarına hücumu Ukrayna hərbi kəşfiyyatı sentyabrın 18-nə keçən gecə təxminən 100 kamikadze pilotsuz uçan aparat və bir neçə naməlum tipli raketdən istifadə edərək həyata keçirib. Rusiya ordusuna məxsus raketlər ümumiyyətlə Rusiyanın Tver vilayətindəki Toroptse qəsəbəsi yaxınlığında 7 kvadrat kilometr əraziyə yayılmış dəmir-beton konstruksiyalarda saxlanılırdı. Müstəqil hərbi mənbələrin məlumatına görə, Ukraynanın hücumu nəticəsində məhv edilən Rusiya ordusunun anbarında Şimali Koreyadan gətirilən yüzlərlə “İskəndər”, “Toçka-U”, “S-300”, “S-400” raketləri və orta mənzilli KN23 raketləri məhv edilib. Quruya səpələnmiş 454 ayrı-ayrı beton bunkerlərdə olan bu sursatların hamısı iki gün ərzində bir-bir partladı.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə