Myanmanı vuran qasırğa nəticəsində zərərçəkənlər var

Myanmada təsirli olan "Yagi" qasırğasının yaratdığı sel və torpaq sürüşmələrində ölənlərin sayı 268-ə yüksəlib, 88 nəfərin itkin düşdüyü öyrənilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu il Asiyanı vuran ən güclü qasırğa olan "Yagi"nin gətirdiyi sel və torpaq sürüşmələri səbəbindən can itkisi artır.

Bildirilib ki, Naypyidaw, Kayah, Kayin, Bago, Magway, Mandalay, Shan və Ayeyarwady kimi bir çox məntəqədə yollar, körpülər, evlər, iş yerləri və məktəblərə ziyan dəyib. Həyatını itirənlərin yaxınlarına hökumət tərəfindən maddi dəstək veriləcəyi, seldən zərər çəkmiş ərazilərdə dəymiş ziyanın səviyyəsindən asılı olaraq daha çox yardım göstəriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə