Almaniya kansleri Olaf Şolz Solingen şəhərində baş verən terror aktından sonra çıxışı zamanı Almaniya hakimiyyəti ölkədə qeyri-qanuni yaşayan miqrantların deportasiyasının miqyasını artıracaqlarını vəd edib.
...Biz hər şeyi etməliyik ki, mümkünsə, ölkəmizdə belə hadisələr baş verməsin. Əlimizdə olan, edilə bilən hər şey edilməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu siyasətçi vurğulayıb.
O, həmçinin bəyan edib ki, ölkə hakimiyyəti silahların, xüsusən də bıçaqla bağlı olanların daşınması qaydalarını bir daha sərtləşdirəcək.
Xatırladaq ki, avqustun 23-də Almaniyanın qərbindəki Solingen şəhərində şəhər tətili zamanı naməlum şəxs bıçaqla hücum edib. Şahidlərin sözlərinə görə, cinayəti törədən şəxs ayrı-seçkilik etmədən hərəkət edib və “ərəb görünüşlü” olub. O, cinayət yerindən qaça bilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB