Hücumlarda ölən uşaqların sayı 3-ə yüksəlib

Hücumlarda ölən uşaqların sayı 3-ə yüksəlib

İngiltərənin Southport şəhərində dünən bıçaqlı hücumda ölən uşaqların sayı 3-ə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı daha 8 uşağın yaralandığı, onlardan 5-nin və hadisə zamanı yaralanan 2 böyük şəxsin vəziyyətinin ağır olduğu bildirilib.

Açıqlamada deyilir ki, "9 yaşlı qız bu gün səhər tezdən xəstəxanada dünyasını dəyişib. Dünən ölən uşaqların 6 və 7 yaşlı qızlar olduğunu təsdiqləyə bilərik".

İngiltərənin Liverpuldan təxminən 35 kilometr və Mançesterdən 70 kilometr uzaqlıqda yerləşən Southportda günorta saatlarında bir təcavüzkarın, aralarında uşaqların da olduğu çox sayda insanı bıçaqladığı açıqlanıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə