Qızıl mədənində çalışan 35 işçi yerin altında qalıb

İndoneziyanın Sulavesi adasında yağan güclü yağış üzündən qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 11 işçi həyatını itirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, hadisə zamanı Bone Bolanqo bölgəsində qeyri-qanuni işlədilən qızıl mədənində çalışan 35 işçi yerin altında qalıb.

Torpaq sürüşməsinin baş verdiyi bölgəyə axtarış-xilasetmə qrupları göndərilib. Qruplar 11 nəfərin cəsədini tapıblar.

Səlahiyyətlilər əlverişsiz hava şəraiti səbəbindən qrupların işləməkdə çətinlik çəkdiyini, indiyədək 5 yaralının xilas edildiyini, qalan 19 nəfər üçün isə işlərin davam etdiyini bildirib.

İndoneziyanın Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muhari iyulun 6-dan bəri bölgəyə təsir edən şiddətli yağışların Bone Bolango bölgəsindəki 5 kənddə 3 metr hündürlüyünə çatan daşqınlara səbəb olduğunu, təxminən 300 evin və 1000-dən çox insanın zərər çəkdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə