Ukraynalılar kömək istəyən rus hərbi əsirini öldürüblər..?

Ukraynalılar kömək istəyən rus hərbi əsirini öldürüblər..?

...Ukraynalı silahlılar kömək istəyən rus məhbusu öldürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” Ukraynadakı beynəlxalq könüllülər dəstəsinin həkimi Kaspar Qrosse istinadən yazıb.

...Qrosse bildirib ki, əsir düşən rus əsgəri ingilis və rus dillərinin qarışığında tibbi yardım istəyib. Daha sonra ukraynalı yaraqlılardan biri ona yaxınlaşıb və onun bədəninə açıq-aşkar atəş açıb, bundan sonra məhbus yıxılıb.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin digər silahlısı ona yaxınlaşaraq başından atəş açıb.

Qrosse başqa oxşar halların da olduğunu iddia edir.

O, həmçinin Ukraynanın Seçilmiş dəstəsinin üzvlərindən birinin əllərini qaldıran rus əsgərinə qumbara atdığını da danışıb.

Qrosse əlavə edib ki, qrupun yaraqlıları qrup söhbətində hərbi əsirlərin daha bir qətli ilə öyünüblər. Çoxsaylı şahidlər Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarının hərbi əsirlərə qarşı vəhşiliklərindən danışır.

Video faktların geniş məlumat bazası da mövcuddur. Xüsusilə, ötən ilin mayında rusiyalı jurnalistlər neonasistlərin əsir götürülmüş rus əsgərlərini silah gücü ilə minalanmış sahəyə sürdüyü videonu əldə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə