Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. SİA xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 7:00-dan axşam 22:00-dək davam edəcək. Seçkilərin nəticələri axşam saat 23:30 radələrindən etibarən məlum olunmağa başlayacaq. Nəticələrin əksəriyyətinin isə cümə gününün erkən saatlarında, təxminən saat 6:30 radələrində açıqlanması proqnozlaşdırılır.

Altı həftəlik ümumi seçki kampaniyası boyunca keçirilən sorğu-anketlərə görə Leyboristlər Partiyasının qələbə qazanması yüksək ehtimallar arasındadır. Bəzi anketlərə görə Keir Starmer 1997-ci ildə qələbə çalan və Mühafizəkarlar Partiyasının 18 illik hakimiyyətinə son verən Leyboristlərin lideri Toni Bleyrdən də daha yüksək nəticə əldə edə bilər.

Qeyd edək ki, 2019-cu ildə keçirilən son seçkilərdə seçici fəallığı 67.3 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə