“Boko Haram” terror təşkilatının Nigeriyanın Niger əyalətində həyata keçirdiyi silahlı hücumda 20 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Milli mətbuatda yer alan xəbərə görə, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı “Boko Haram”ın 2009-cu ildən bu yana təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib. Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB