Rusiya Müdafiə nazirliyi bəyanat yaydı

Rusiya Müdafiə nazirliyi bəyanat yaydı

Rusiya Müdafiə Nazirliyi ötən həftə Ukraynanın Donetsk vilayətindəki 2 yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nazirlikdən verilən bәyanatda 1-7 iyun tarixlərində Rusiya ordusunun Ukraynada keçirdiyi əməliyyatlarla bağlı mәlumat verilib.

Bəyanatda bildirilir ki, Rusiya ordusu Ukraynada cəbhə xəttində irəliləməyə davam edir.

“Mərkəzi və Cənub Hərbi Qrupunun qoşunları Donetsk Xalq Respublikasının Paraskiyevka və Umanskoye qəsəbələrini azad edib”,-deyә bәyanatda qeyd olunub.

Bәyanatda vurğulanıb ki, son bir həftədə Ukraynada həyata keçirilən hücumlarda, elektrik obyektləri, Qərb silahlarının yerləşdiyi anbarlar, ukraynalı əsgərlərin və əcnəbi muzdluların müvəqqəti yerləşdirmə mərkəzləri vurulub.

Bəyanatda hәmçinin bu ifadәlәrә yer verilib: “Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusuna mәxsus 610 təyyarə, 274 helikopter, 25 326 PUA, 528 hava hücumundan müdafiə sistemi, 16 287 tank və zirehli texnika, 1330 reaktiv yaylım atəşi sistemi, 10 188 haubitsa və minaatan ilә 22 336 xüsusi vasitә mәhv edilib’’.

Bütün xəbərlər Facebook səhifəmizdə