Alyans öz gücünü ə 50 faiz artırmaq niyyətindədir
NATO-nun Almaniyadan tələbi...

NATO Almaniyadan Silahlı Qüvvələrinin sayını 75 min əsgər artırmağı tələb edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti alman mətbuatına istinadən xəbər verir. 2023-cü ildə G7 ölkələri Rusiya ilə real münaqişə vəziyyətində NATO səviyyəsində tələbləri formalaşdırıblar.

Xüsusilə, onlara əlavə korpus, bölmə və briqadalar haqqında bənd daxildir.

...Bu o deməkdir ki, Bundesverə əlavə 75 min əsgər lazımdır.

Mətndə belə deyilir.

Beləliklə, Almaniya silahlı qüvvələrinin sayı 465 min hərbçiyə qədər artmalıdır.

Hazırda Almaniya NATO-nun birləşmiş qüvvələrinin cəmi 10 faizini təşkil edir, alyans isə öz gücünü 50 faiz artırmaq niyyətindədir. Bunun fonunda son aylar Almaniyada hərbi xidmətə çağırışın qaytarılması müzakirə olunur.

Xatırladaq ki, Moskva dəfələrlə NATO ölkələri ilə hücum və döyüşmək niyyətində olmadığını bəyan edib. Xüsusilə də bu barədə Putinin özü danışıb.

...Buna baxmayaraq, NATO bunun əksini iddia etməkdə davam edir..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə