Nigeriyada silahlı insident, ölәnlәr var

Bu barәdә yerli polis mәlumat yayıb
Nigeriyada silahlı insident, ölәnlәr var

Nigeriyanın Zamfara və Katsina əyalətlərində törәdilәn silahlı hücumlarda 42 nəfər ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barәdә yerli polis mәlumat yayıb. Mәlumatda silahlı dәstә üzvlәrinin әyalәtin Zumri rayonundakı Maqarya kәndinә hücum etdiyi bildirilib.

Hücumda 7-si polis olmaqla 12 nəfərin öldüyü, bölgəyə əlavə qüvvələrin göndərildiyi və istintaqın başladıldığı qeyd edilib.

Yerli mәtbuat orqanları silahlı dәstә üzvlәrinin Katsina əyalətinin Dutsinma və Safana kəndlərinə də hücum etdiyini bildirib.

İki kəndə edilәn hücumda 30 nəfərin öldüyü, bəzilərinin ağır olmaqla çox sayda adamın yaralandığı bildirilib.

Xəbərdə bəzi kənd sakinlərinin evlərini tərk etdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə