Leyboristlər hakimiyyətə gəlsələr, nüvə silahından istifadə edəcəklər..?

Leyboristlər hakimiyyətə gəlsələr, nüvə silahından istifadə edəcəklər..?

Leyboristlər Partiyasının lideri Keir Starmer seçki kampaniyası zamanı, hakimiyyətə gələcəkləri təqdirdə, nüvə silahından istifadə etməyə hazır olacaqlarını bildirib.

...Təbii ki, əgər belə tədbirləri tələb edən hallar olarsa. Siyasətçi qeyd edib ki, nüvə qarşısının alınması əsasdır, bu, müdafiəmizin vacib hissəsidir, ona görə də, biz ondan istifadə etməyə hazır olmalıyıq.

Starmer, Leyboristlərin nüvə qarşısının alınması ilə bağlı üçlü vədini açıqlayıb,.. o cümlədən gündə 24 saat, ildə 365 gün dəniz çəkindirici qüvvənin saxlanması.

RİA Novosti xəbər verir ki, bundan əlavə, çəkindirmə vasitələrinin zəruri modernləşdirilməsinin həyata keçirilməsi və dörd yeni nüvə sualtı qayığının inşası planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib ki, Qərblə münaqişə ən pis ssenari üzrə inkişaf edir və bu ssenaridə onun son mərhələsinə keçidi heç kim istisna edə bilməz.

Siyasətçi Qərbi Rusiyanın nüvə silahları ilə bağlı səhv hesablamalara yol verməməkdən çəkindirərək, “təəssüf ki, bu, hədə-qorxu və ya nüvə blefi olmadığını” vurğulayıb.

...Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə xəbərdarlıq edib ki, əgər ABŞ öz raketlərini Avropada və ya Asiya-Sakit Okean regionunda yerləşdirərsə, bu halda Rusiya orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsinə dair birtərəfli moratoriumdan imtina etməklə yanaşı, nüvə qarşısının alınması sahəsində də addımlar ata bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə