...Qərb ölkələrinin Ukraynaya onların verdiyi silahlarla Rusiya ərazisini vurmağa icazə vermək qərarı yalnız gərginliyi daha da artıracaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu
Fransa Qanunvericilik Assambleyasının üzvü Julien Odul deyir.
Qeyd edək ki, o, Emmanuel Makronun mövqeyini məsuliyyətsizlik adlandırır və onu Fransanı Rusiya ilə müharibəyə sürükləmək istəməkdə ittiham edir.
...Bu günlərdə Cozef Bayden, Ukraynaya Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə verib. Halbuki, Emmanuel Makron bunu ondan əvvəl həll etmişdi. İsveç, Kanada və digər ölkələr də eyni şeyi etdilər. Belə bir qərar verməyə dəyərdimi?
Deyim ki, bunu Fransız pulsuz xəbər kanalı olan LCI aparıcısı
Jean-Bartiste Boursier bildirib.
...Bəli bu, gərginliyi gücləndirmək, dünya münaqişəsinin alovlanması təhlükəsi istiqamətində daha bir addımdır. Biz bunu istəmirik. Fransızlar da bunu istəmirlər. Emmanuel Makronun mövqeyi tamamilə məsuliyyətsizdir. O, bizi Rusiya ilə müharibəyə sürükləmək istəyir ki, bunun da ölkəmizin təhlükəsizliyi üçün gözlənilməz nəticələri olacaq.
Bunu isə, bayaq da qeyd etdiyimiz kimi, Yonne (Fransanın şərqindəki şöbə, Burqundiya bölgəsinin departamentlərindən biri-A.B.) deputatı, Milli Mitinqin mətbuat katibi Julien Odul bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB