İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

İordaniya iyunun 11-də Qəzza zolağına təcili humanitar yardım göstərmək üçün beynəlxalq konfransa ev sahibliyi edəcək. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə X sosial şəbəkəsində yerləşdirilən açıqlamada deyilir.

“İordaniya iyunun 11-də İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası və BMT-nin birgə təşkilatçılığı ilə Qəzza zolağında təcili humanitar reaksiyaya dair fövqəladə beynəlxalq konfransa ev sahibliyi edəcək”, - mətndə bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə