Kolumbiyada körpü uçub, ölənlər var

Kolumbiyada körpü uçub, ölənlər var

Kolumbiyanın şimalında körpünün bir hissəsi uçub. SİA xəbər verir ki, bu barədə Atlantiko Departamentinin qubernatoru Eduardo İqnasio Verano məlumat verib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 3-ü isə yaralanıb.

Qubernator X sosial şəbəkə səhifəsində yazıb: “Biz mer və fəlakətlərin qarşısının alınması nazirinin müavini ilə birlikdə Barrankilu ilə Soledadı birləşdirən körpünün bir hissəsinin dağıldığı yerdəyik”.

Körpünün uçmasının səbəbləri araşdırılır.

Bundan əvvəl, martın 26-da Baltimorda magistral körpünün çökməsi nəticəsində bir neçə avtomobil suya düşmüş və nəticədə 6 nəfər ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə