Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Çinin cənub-qərbindəki Tibet muxtar bölgəsində 5,9 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 08:46-da (Bakı vaxtı ilə 04:46) qeydə alınıb. Zəlzələnin episentri Nağçu şəhərində, ocağı isə 8 kilometr dərinlikdə olub.

500 mindən çox insanın yaşadığı şəhərdə itki və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə