...Andrey Belousov qeyd edib ki, bu ilin may ayında Rusiya Silahlı Qüvvələri 28 yaşayış məntəqəsini azad edib. Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, bu il Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zonasında 880 kvadrat kilometr ərazini nəzarətə götürüb.
SİA-nın əldə etdiyi məlumata görə, KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası zamanı Rusiya müdafiə idarəsinin rəisi Rusiya Silahlı Qüvvələrinin bütün taktiki istiqamətlərdə irəliləyişini və düşmənin öz mövqelərindən sıxışdırılmasını diqqətə çatdırıb.
Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində səkkiz-doqquz kilometr geri çəkilib.
Belousov geri çəkilmənin mühüm ərazilərdə baş verdiyini vurğulayıb.
Həmçinin çıxışı zamanı nazir Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin cəsarətini və peşəkarlığını qeyd edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB