İtkilərimiz böyük olarsa, artıq Ukraynanı qorumaq mümkün olmayacaq...

Ukraynalılar döyüşmək istəmirlər, ABŞ-ın köməyi isə hələ gəlib çatmayıb...

...Bu gün Ukrayna cəbhəsində Ukrayna Silahlı Qüvvələri çətin vəziyyətdədir. Etiraf edilir ki, artıq bir çox ukraynalı döyüşə getməkdən imtina edir. Necə deyərlər, gözlər yoldadır,.. ABŞ-ın köməyi isə hələ ki, gəlib çıxmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Express” yazır. ...O da qeyd edilir ki, hazırda tükənmiş orduda silah yoxdur və Rusiya da yay hücumu zamanı daha çox ərazi ələ keçirməklə hədələyir.

Bu arada Ali Baş Komandan Aleksandr Sırski Telegram-da cəbhədə vəziyyət pisləşdiyini və rus qoşunlarının taktiki uğur qazandığını etiraf edib.

...Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Ed Arnold “Euronews” telekanalına müsahibəsində Ukraynanın əsas probleminin müdafiə xətlərinin tamamlanmaması olduğuna diqqət çəkib.

...Ukrayna Silahlı Qüvvələrinin əməkdaşı Aleksandr Matyaş isə orduda kifayət qədər əsgərin olmamasından şikayətlənib. ...Müharibənin əvvəlində biz 38 milyon idik, amma sonradan çoxlu insan ölkədən gedib.

Bunu deyən ukraynalı hərbçi, bəzilərinin döyüşmək istəmədiyini, bəzilərinin isə bunu bacarmadığını bildirib.

Onun sözlərinə görə, cəbhədə böyük itkilər olarsa, artıq Ukraynanı qorumaq mümkün olmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə