Baş nazir postuna namizəd yeni hökuməti formalaşdırmaqdan imtina edib

Baş nazir postuna namizəd yeni hökuməti formalaşdırmaqdan imtina edib

Bolqarıstanın Baş naziri postuna namizəd Mariya Qabriel siyasi tərəfdaşlarla razılığa gəlmək cəhdlərinin davam etdirilməsindən və yeni hökumət formalaşdırılmasından imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, brifinqdə deyib.

“Bazar ertəsi (martın 25-də) mən parlamentə Baş nazir vəzifəsindən imtina etməyimlə bağlı məktub təqdim edəcəyəm”, - deyə Mariya Qabriel bildirib.

O, hökumətin qurulmasının ikinci variantı üzərində danışıqlarda iştirak etməyəcəyini də bəyan edib.

Bununla yanaşı, Mariya Qabriel əlavə edib ki, səlahiyyət müddəti başa çatana qədər Baş nazirin müavini və xarici işlər naziri kimi hökumətdəki fəaliyyətini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə