..Baden-Vürtemberq federal əyalətinin Manheim şəhərinin polisi yerli sakinlər tərəfindən öldürülən ukraynalı qaçqın qadının uşağını tapıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Kronen Zeitung” yayıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, martın 13-də 43 və 44 yaşlı iki kişidən bir ay yarımlıq uşaq tapılıb. Onlar dərhal saxlanılıblar. Şübhəlilər hazırda həbsdədir. Müstəntiqlərin fikrincə, ukraynalı qadını öldürənlər məhz onlar olub. Polis hadisənin bütün şəraitini öyrənməyə çalışır.
Yerli laboratoriyanın apardığı DNT analizi uşağın həqiqətən də öldürülmüş Ukrayna vətəndaşının qızı olduğunu göstərib.
Hazırda qız həkimlərin nəzarətindədir, onun həyatı üçün heç bir təhlükə yoxdur.
Hazırda istintaq mərhumun 51 yaşlı anası Marina Stetsenkonu axtarır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB