Rusiya tərəfdə döyüşən afrikalı muzdlu əsir düşüb…

Rusiya tərəfdə döyüşən afrikalı muzdlu əsir düşüb…

...Afrikanın Syerra-Leone əyalətinin vətəndaşı Ukrayna Müdafiə Qüvvələri tərəfindən əsir götürülüb. Bu barədə Ukraynanın Operativ Silahlı Qüvvələrinin Telegram kanalı məlumat yayıb.

…46-cı ayrı-ayrı aviasiya briqadası Marinka yaxınlığında Sierra Leonedən olan muzdlu əsgəri əsir götürüb.

SİA-nın əldə etdiyi məlumatda belə deyilir.

Digər təfərrüatlar verilmir. Ancaq çox çirkli rus ordusu formasında qara dərili bir adamın fotoşəkili yayımlanıb.

Qeyd edək ki, 46-cı briqadanın rəsmi sosial şəbəkələrində bu işlə bağlı heç bir məlumat verilmir.

Yeri gəlmişkən, Sierra Leone Respublikası Qərbi Afrikada Atlantik okeanı sahilində kiçik bir dövlətdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə