Suriya İsraillə müharibəyə hazır olduğunu bəyan edib

Suriya İsraillə yeni hərbi münaqişələrə hazırdır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Feysal Miqdad deyib.

...Suriya sionist İsrail varlığına qarşı bir neçə müharibə aparıb və başqa müharibələrə də hazırdır.

Qeyd edək ki, Faysal Miqdad bunu Dəməşqdə, Suriya televiziya kanalında, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla keçirdiyi mətbuat konfransında deyib.

Suriya Xarici İşlər Nazirliyinin nümayəndəsi hesab edir ki, İsrail ABŞ ilə birlikdə torpaqların bir hissəsini işğal edib, ona görə də Suriya onları azad etmək niyyətindədir.

Yeri gəlmişkən, fevralın əvvəlində İran onların ABŞ-la birbaşa münaqişəyə girməsinin yersiz olduğunu qeyd edib. Eyni zamanda İran silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Xatırladaq ki, ötən il oktyabrın əvvəlində Yaxın Şərqdə İsraillə Fələstin arasında müharibə başlayıb. Suriya da münaqişədə Fələstin tərəfində iştirak edib.

Daha sonra İsrail ordusu Suriyaya hücum edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə