Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Naledi Pandor Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) keçən il dəvət olunduqları BRİKS-ə qoşulmağa razılıq verdiklərini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Naledi Pandor keçirdiyi mətbuat konfransında BRİKS-ə üzvlük prosesləri haqqında məlumat verib.
Avqust ayında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən zirvə toplantısında 6 ölkənin BRİKS-ə dəvət edildiyini xatırladan Naledi Pandor bu ölkələr arasında Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin də BRİKS-ə üzv olmağa razılıq verdiyini bildirib.
Naledi Pandor deyib:''BRİKS sammitinin ən mühüm nəticələrindən biri blokun genişləndirilməsi ilə bağlı qərar oldu. Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin BRİKS-in tamhüquqlu üzvləri olduğunu təsdiq etdik".
Naledi Pandor Argentinanın bloka qoşulmaq dəvətini rədd etdiyi də qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB